Biber Bolduinin qızı ilə evlənir

Biber Bolduinin qızı ilə evlənir

Baxış sayı: 2. 723 dəfə baxılıb.

Biber Bolduinin qızı ilə evlənir

Kanadalı müğənni Castin Biber model və teleaparıcı Xeyli Bolduin ilə nişanlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı TMZ mənbə məlumat yayıb. 

Nəşrin məlumatına görə, ifaçı sevgilisinə Baham adalarında istirahət zamanı evlilik təklif edib. O, restorandakı qonaqlardan telefonları yığışdırmağı xahiş edib, daha sonra isə Bolduinlə evlənmək istədiyini deyib. 

Bibərin valideynləri xəbərə sosial şəbəkə üzərindən reaksiya veriblər. 

“Fəxr edirəm – bu söz deyil! Gözlənilən növbəti hissə məni narahat edir”, – ifaçının atası “Instagram” hesabında yazıb. 

“Sevgi Sevgi Sevgi Sevgi Sevgi Sevgi Sevgi Sevgi”, – anası “Twitter” hesabında yazıb. 

Xeyli Bolduin – aktyor Stiven Bolduinin qızıdır. O, 2015-2016-cı illərdə Biber ilə birlikdə olub, ancaq sonra gənclər ayrılmaq qərarına gəlib. Onların münasibətləri Biberin aktrisa Selena Qomezlə ayrılmasından sonra 2018-ci ilin iyununda yenidən başlayıb.

www.ÇıxışYolu.Com