Bibisi oğlunu kürəyindən bıçaqlayan şəxs: “Dedim ki, kəlmeyi-şəhadət gətir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham
olunan 1971-ci il təvəllüdlü Yalçın Hacıyevin cinayət işi üzrə məhkəmə
istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 14 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Yalçın Yaşar oğlu Hacıyev Suraxanı
rayonunun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu,
1966-cı il təvəllüdlü Elşən Kamil oğlu Yaqubov ilə aralarında yaranmış mübahisə
zamanı evin mətbəxindən götürdüyü bıçaqla onun qarın və kürək nahiyəsindən
bıçaqlayıb.
Yalçın Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq
niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
İttihama əsasən, Yalçın Həsənov daha əvvəl xuliqanlıq əməli törətdiyinə görə
məhkum olunub. 2022-ci ilin oktyabr ayında azadlığa çıxdıqdan sonra həmin
vaxtdan bibisi oğlu, zərərçəkmiş Elşən Yaqubov ona öz evində yaşamağa icazə
verib. Daha sonra Yalçın evə sərxoş vəziyyətdə gəldiyi üçün Elşən onu evdən
qovub. O, 24 mart 2023-cü il tarixində saat 19 radələrində orta sərxoşluq
vəziyyətində yenidən Elşəngilin evinə gəlib, mətbəxdən bıçaq götürüb, həmin
vaxt evdə olmayan zərərçəkmiş şəxsin gəlişini gözləyib. Elşən evə gəldikdən
sonra ondan hansı səbəbə gəlməsini etirazlı şəkildə soruşmaqla fərdi yaşayış
evinin həyətində yerləşən hamam otağına doğru hərəkət edib. Təqsirləndirilən
şəxs də onun ardınca hamam otağına gedib, qapını örtüb. O, zərərçəkmiş şəxsə
kəlmeyi-şəhadət gətirməsini deyərək, bibisi oğluna bir neçə bıçaq zərbəsi vurub.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra Yalçın Həsənov saxlanılıb və barəsində həbs qətimkan tədbiri
seçilib.