Ali Məhkəmədə Şəmkir rayon sakini (R.M) CM-nin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə kassasiya şikayətlərinə baxılıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, 2016-cı ilin may ayında Şəmkir rayonunun Varlı Həyat kəndində R.M bibisi qızına, S.B (2001-ci il təv.) bulaq başında sevgisini elan edib və onunla evlənmək istədiyini deyib.
İyun və avqust aylarında onlar kənd ərazisində, inşası başa çatmayan fərdi evdə görüşüb, zor tətbiq etmədən qeyri-təbii yolla cinsi əlaqədə olub. Sentyabrın 6-da, gecə saatlarında qızın yaşadığı evin yanına gələn təqsirləndirilən şəxs, onunla tövlədə yenə də cinsi əlaqədə olub. Bu hadisəni qəflətən görən qızın anası RPŞ-nə şikayət etdikdən sonra cinayət işi başlanılıb.
Şəmkir rayon Məhkəməsində keçirilən prosesdə R.M ittiham üzrə özünü təqsirli bilməyib. O, bibisi qızı ilə heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmadığı bildirib. Əvəzində qızın yaxınları onu hədələyib, meşəliyə aparıb, üstünə silah çəkiblər və şərt qoyublar ki, o qızı almalıdır. Lakin təqsirləndirilən şəxs heç kimlə evlənməyə məcbur olmadığını söyləyib.
Zərərçəkmiş şəxs qismində ifadə verən S.B, sentyabrın 6-da təqsirləndirilən şəxslə tövlədə cinsi əlaqədə olduğunu təsdiq edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən apelyasiya şikayəti verən məhkum barəsində bəraət çıxarılmasını, zərərçəkmişin nümayəndəsi də apelyasiya şikayəti verərək, onun cəzasının ağırlaşdırılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı hökm dəyişdirilmədən saxlanılıb.
Apellyasiya qərarından narazı qalan tərəflər Ali Məhkəməyə kassasiya şikayətləri veriblər.
Ali Məhkəmə şikayətləri araşdırıb, onları təmin etməyib.