9d9af6ee-c3c9-44f3-bf02-7b465524f648..jpg

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxslə bağlı QƏRAR

Baxış sayı: 981 dəfə baxılıb.

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun
barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa
çatıb.

Pravda.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib.

İttihama görə, Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını
ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü bibisi Şuşan Sumxayevanı
qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra
xəstəxanada dünyasını dəyişib.

M.Migirov zorlama və qəsdən adamöldürmə maddəsi ilə ittiham edilib.

Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən
adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra
Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan, spirtli içki
aludəçisi olan M.Migirov sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə
cəlb olunub.

Bibisini öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il
müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya
şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib.
Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə isə
Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin
məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya
məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Source link