Oktyabrın 7-də Qaraçuxur qəsəbəsi ərazisində quldurluq hadisəsi baş verib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.
Bildirilib ki, bir nəfərin kəsici alətlə hədələnərək mobil telefonunun
sındırılması, elektrik qidalandırıcısının talanması və mopedinə ziyan vurulması
barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı
İ.Səlimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.