c0ef019f-9bf8-458b-bd49-0433c601e05f..jpg

Biləcəridə azyaşlılara narkotik verilməsi barədə görüntülərə DİN-dən REAKSİYA – VİDEO

Baxış sayı: 729 dəfə baxılıb.

Biləcəridə azyaşlılara narkotik verilməsi barədə görüntülərə DİN-dən REAKSİYA
– VİDEO

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi
ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis
mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə
təklif etməsi iddiası əsassızdır:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən
əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar
olunan faktlarla bağlı ictimaiyyətin məlumatlandırılması təmin edilir”.

Source link