59cba1f1-6dd5-41ca-8b43-b60746aac49b..jpg

Biləcəridə yol bərbad vəziyyətdədir – VİDEO

Baxış sayı: 663 dəfə baxılıb.

Biləcəridə yol bərbad vəziyyətdədir – VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tomris küçəsinin sakinləri uzun illərdir
ki, yolsuzluqdan əziyyət çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, daşlı-torpaqlı küçədə məhəllənin balaca
sakinlərinin oynamaq istəyi də daşdan keçir.

Məsələ ilə əlaqədar Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib ki,
həftəiçi əraziyə baxış keçiriləcək. Onun sözlərinə görə, qəsəbə daxilində
küçələrin asfaltlanması mərhələli şəkildə həyata keçirilir. Əgər sözügedən
ərazi planda yoxdursa, növbəti mərhələdə asfaltlanması üçün köməklik
göstəriləcək.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:


Source link