Biləsuvar sakinləri iki ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi
məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.
Bildirilib ki, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon
sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq
polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.