e6e27224-af8a-44b0-9a6c-5b311fc14621..jpg

Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyekti cəzalandırılıb

Baxış sayı: 631 dəfə baxılıb.

Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyekti
cəzalandırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirən iaşə obyektinin sahibi
inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) və Ekolgiya və Təbii
Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha
da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının
qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər
zamanı Xırmandalı kəndində yerləşən kafenin ətrafında sənaye və məişət
tullantılarının qalaqlanması halı aşkar olunub.

Aşkarlanmış halla bağlı həmin iaşə obyektinin sahibi barəsində İnzibati
Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və
yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi)
maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link