Biləsuvarda gənc qadın qətlə yetirilib, həyat yoldaşı polisə təslim olub –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, iki azyaşlı övladı olan ailə kənddə
tikdirdikləri yeni evə köçməyə hazırlaşırmış.
Bu məqsədlə Sevil Əlili Bakıda işləyən həyat yoldaşına zəng edərək onu kəndə
çağırıb. Yeni tikilidə baş verən mübahisə zamanı A.Məmiyev həyat yoldaşının
üzünə bıçaq zərbəsi endirib, sonra onu təzə evin tavanında asıb.
Qeyd edək ki, bu gün saat 15:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi
ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi
ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər
yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon
prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq araşdırmaları davam
etdirilir.
17:11
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.
Martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 1999-cu il
təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi
ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər
yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon
prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq
aparılır.
16:28
Biləsuvar rayonunda 25 yaşlı qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən
məlumata görə, martın 26-da saat 15:30-da Biləsuvar rayonunun Xırmandalı kəndi
ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin kəsilmiş-deşilmiş xəsarətlərlə
qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlilinin həyat yoldaşı, 1997-ci
il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs
saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.