d82f0a1a-5628-4cbc-8b6e-48ebb16e3ddb..jpg

Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlanıb – VİDEO

Baxış sayı: 614 dəfə baxılıb.

Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlanıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt
ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıblar. Onlardan
ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə
aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan
ümumilikdə beş kiloqrama yaxın tiryək, marixuana, metamfetamin, əlavə olaraq
140 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində narkotiklərin qeyri-leqal
dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat zamanı isə Bakı şəhər sakini
Rövşən Allahverdiyev idarə etdiyi avtomobillə saxlanılıb. Həmin nəqliyyat
vasitəsindən ümumilikdə dörd kiloqram tiryək, heroin, marixuana və metadon
həbləri aşkarlanıb. Araşdırmalarla hər iki şəxsin xaricdə yaşayan narkotacirlər
tərəfindən kuryerliyə cəlb edildikləri və aşkarlanan narkotik vasitələri pul
müqabilində Bakı şəhəri ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.


Source link