91ad64a9-b70c-427d-bee2-002fc224d7c9..jpg

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kq narkotik və silah aşkarlanıb

Baxış sayı: 906 dəfə baxılıb.

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kq narkotik və silah aşkarlanıb

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah
aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən
Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral
yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Elmir
Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus avtomobildən 12 kiloqram
narkotik, o cümlədən beş kiloqram psixotrop maddə metamfetamin, beş kiloqram
tiryək, iki kiloqrama yaxın həşiş qatranı, heroin, marixuana və 400 ədəd
metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon
sakini Elgün Həsənovdan isə bir ədəd “PA-63” markalı tapança, həmin silaha aid
sandıqça, altı ədəd patron və bir ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ay ərzində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər
saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Source link