c0349c08-7066-40c1-8348-55aaeae77c3f..jpg

Biləsuvarda kütləvi dava zamanı iki nəfər xəsarət aldı

Baxış sayı: 923 dəfə baxılıb.

Biləsuvarda kütləvi dava zamanı iki nəfər xəsarət aldı

Biləsuvar rayonunda kütləvi dava olub.

“Report”un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində marketlərin
birinin yaxınlığında qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən bir neçə nəfər arasında düşən dava
zamanı iki nəfər, Bakı şəhər sakinləri, 1983-cü il təvəllüdlü V. Məmmədov və
1963-cü il təvəllüdlü K.Haqverdiyev müxtəlif bədən xəsarətləri alıb.

Onlar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link