306bf745-77b2-44eb-9c4e-57b48ad432d9..jpg

Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Baxış sayı: 618 dəfə baxılıb.

Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Biləsuvar rayonu ərazisində hərəkətdə olan “Khazar LX” markalı avtomobilin
sürücüsü manevretmə qaydasını pozduğu üçün Biləsuvar Rayon Polis Şöbəsinin
dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi
saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu
məlumat yayıb.

Bildirilib ki, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan
Biləsuvar rayon sakini Nihad Nəzərlinin nəqliyyat vasitəsini idarə etmək
hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə
qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi
təmin edilib.

Müayinənin nəticəsinə əsasən, N.Nəzərlinin nəqliyyat vasitəsini narkotik
vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Biləsuvar
Rayon Məhkəməsinə göndərilib və o, 15 gün müddətində inzibati qaydada həbs
edilib.

Source link