b598245c-a099-4c82-9c9c-2aca8d013ac7..jpg

Biləsuvarda su kanalında naməlum qadın meyiti tapılıb

Baxış sayı: 671 dəfə baxılıb.

Biləsuvarda su kanalında naməlum qadın meyiti tapılıb

Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum insan
meyitinin aşkar olunması ilə bağlı videogörüntülər yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 8-də saat
9 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında
çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.

Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi
ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə
həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə qeyd olunan ərazidə
yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun
“961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və[email
protected] elektron poçt ünvanına,
eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri
xahiş olunur.

Source link