d43b0690-aba4-44f8-baa6-a1d0f6a005fc..jpg

Biləsuvarda tərəvəz sahələri iki dəfəyə yaxın artıb

Baxış sayı: 625 dəfə baxılıb.

Biləsuvarda tərəvəz sahələri iki dəfəyə yaxın artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunda tərəvəz bitkilərinin əkininə bu il daha çox üstünlük
veriləcək.

“Report”un məlumatına görə, bu il yazlıq əkin dövründə 3 000 hektar sahədə
tərəvəz məhsullarının əkini planlaşdırılır.

Yerli fermerlərin sözlərinə görə, bu bitkilərin əkininə üstünlük vermələrinin
səbəbi tərəvəz məhsullarının sərfəli qiymətə alınmasıdır.

Rayon ərazisində ən çox pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud
kimi tərəvəz məhsulları becərilir.

Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 1 822 hektar
sahədə tərəvəz məhsulları yetişdirilib.

Source link