d3d1eeb3-2254-4d4a-b7ad-e8f93c97209c.jpg

Bill Qeyts COVID-19 peyvəndinə görə məhkəməyə çıxarılacaq

Baxış sayı: 253 dəfə baxılıb.

ABŞ-li milyarder və “Microsoft” şirkətinin qurucusu Bill Qeyts Niderlandda
məhkəməyə çıxarılacaq. O, koronavirus peyvəndlərinin təhlükəsizliyi ilə bağlı
insanları aldatmaqda ittiham olunur.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə “The Gateway Pundit” yazır.

Nəşrin qeyd etdiyi kimi, Qeyts peyvəndləmənin fəal tərəfdarıdır. Sahibkar uzun
müddətdir ki, insanları COVID-19-a qarşı peyvənd etməyə çağırır. Və bəziləri
həqiqətən də ona qulaq asıblar. Lakin hər şey kədərli sonluqla bitib.

Yeddi iddiaçı məhkəməyə müraciət edərək peyvəndləmə nəticəsində xəsarət
aldığını və indi həm fiziki, həm də psixoloji cəhətdən əziyyət çəkməyə məcbur
olduğunu iddia edib. Özü də peyvənd etdirmək qərarını guya bir sıra şəxslərin,
o cümlədən Qeytsin çağırışları səbəbindən qəbul ediblər.

Bundan əlavə, sahibkar “peyvəndlər haqqında yalan bəyanatlar” verməkdə ittiham
olunur. Nəşrin vurğuladığı kimi, o, peyvəndlərin virusun ötürülməsini
dayandırmaq, həmçinin xəstəliyin və ölümün qarşısını almaq qabiliyyəti barədə
bəyanatlar verib.

Source link