893015a9-944b-4f4f-9d7d-6a0abd07d6d9..jpg

Binə sakinləri uşaqlarını məktəbə qeydiyyatdan keçirə bilmirlər – VİDEO

Baxış sayı: 624 dəfə baxılıb.

Binə sakinləri uşaqlarını məktəbə qeydiyyatdan keçirə bilmirlər – VİDEO

Binə qəsəbəsinin sakinləri yeni təhsil ili üçün övladlarını 37 nömrəli
Kəlbəcər məktəbinə qeydiyyatdan keçirə bilmirlər.

Xezerxeber.az xəbər verir ki, səbəb “elektron sistem”də yalnız məcburi köçkün
ailəsindən olan uşaqların qəbulunun nəzərdə tutulduğu qeyd olunur.

Valideynlər bildiriblər ki, məktəb avtobusuna aylıq ödəniş etməyə maddi
gücləri çatmadıqları üçün övladının evə yaxın yerləşən məktəbə getməsini
istəyirlər. Lakin, hələki buna nail ola bilmirlər.

Məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirildi ki,
məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə
qəbuluna və yer dəyişməsinə yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə
yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.

Regional Təhsil İdarəsindən o da bildirilib ki, 334 nömrəli məktəbdə şagird
sıxlığının çox olması və valideynlərin müraciətinə əsasən məsələyə yenidən
baxılacaq.

Daha ətraflı süjetdə:


Source link