7d19af04-90f8-4f7d-b330-a6dfd1135a96.webp

Binədə avtomobildən 20 min manatdan çox pul oğurlanıb

Baxış sayı: 40 dəfə baxılıb.

Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən avtoyuma
məntəqəsində KIA markalı avtomobildən 20 875 manat oğurlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, orada
işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 24 yaşlı Y.İsazadə
saxlanılıb.

Araşdırmalarla onun Buzovna qəsəbəsində iki evdən pul və qızıl-zinət əşyaları
oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Source link