Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Sovxoz ərazisində 1992-ci il təvəllüdlü Nicat Şərafət oğlu Quliyev bıçaqlanmış
vəziyyətdə aşkarlanıb.
Onun dava zamanı bıçaqlandığı məlum olub. Çoxlu qan itirən yaralı xəstəxanaya
çatdırılıb. N.Quliyev cərrahi əməliyyat olunub.
Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki,
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakinləri –
2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən
olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.