5160ff76-062d-43b0-8bd6-d4415143b0d6..jpg

Binədə evdən 32 min manatlıq məişət əşyaları oğurlanıb

Baxış sayı: 737 dəfə baxılıb.

Binədə evdən 32 min manatlıq məişət əşyaları oğurlanıb

Aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq
araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan
çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş
rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link