6c403664-85d9-4514-8bcc-c626f33d6487..jpg

Binədə iki “Kalaşnikov”, iki qumbara və digər silah-sursat aşkarlanıb – VİDEO

Baxış sayı: 749 dəfə baxılıb.

Binədə iki “Kalaşnikov”, iki qumbara və digər silah-sursat aşkarlanıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Profilaktik və əməliyyat tədbirləri zamanı Binə qəsəbəsində iki ədəd
“Kalaşnikov” avtomatı, bir ədəd tüfəng, iki ədəd qumbara və 25 ədəd patron
aşkar edilib.

DİN-dən verilən məlumata görə, vətəndaşlarda olan odlu silah-sursatların
könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən
aparılan profilaktik tədbirlər davam etdirilir.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsi
sakini özündə olan bir ədəd “Kalaşnikov” markalı avtomatı, bir ədəd darağı və
10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib. Bundan başqa həmin
qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi bir ədəd lüləsi və qundağı
kəsilmiş tüfəngi, bir ədəd qumbaranı, eləcə də üç ədəd patronun yeri barədə
3-cü Polis Şöbəsinə məlumat verib. Qeyd edilən silah-sursat təhlükəsizlik
tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən
vətəndaşlara təşəkkür edilib. Şöbə əməkdaşları tərəfindən, həmçinin son
günlərdə keçirilən tədbirlər zamanı daha bir ədəd “Kalaşnikov” markalı avtomat,
bir ədəd qumbara, 15 ədəd patron və bir ədəd patron darağı əməliyyat yolu ilə
əldə edilib.

Araşdırmalar davam etdirilir.


Source link