Şəhidlərimizin övladlarına gözümüz kimi baxmaq mükəlləfiyyətimiz var.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Türkiyə-Azərbaycan şəhid övladları qucaqlaşır” layihəsi çərçivəsində şəhid yaxınları ilə görüşən Türkiyənin baş naziri Binəli Yıldırım danışıb.
“Həm azərbaycanlı şəhid yaxınları, həm də Türkiyədəki şəhid yaxınlarının daha çox bir araya gəlməsi, qaynaşması, bir-birini yaxından tanıması vacibdir. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Baş nazir Çankaya köşkündə Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə şəhid övladlarından Zeynəb Vaqif və Novruzov Nihat Mirzə oğlu Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən şeirlər oxuyublar.