Binəli Yıldırım bələdiyyə başçısı olmaq istəyir

Baxış sayı: 2. 286 dəfə baxılıb.

Binəli Yıldırım bələdiyyə başçısı olmaq istəyir

Türkiyə parlamentinin sədri Binəli Yıldırım səlahiyyətlərinin icrasını dayandırır. 

ÇıxışYolu.Com-ın Haberturk.com-a istinadən məlumatına görə, onun qərarı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Argentinaya səfərindən dönməsindən sonra açıqlanacaq.

Türkiyə parlamentinin sədri Binəli Yıldırım İstanbul bələdiyyə başçısı vəzifəsinə namizədliyini irəli sürdüyü üçün spiker vəzifəsindən əl çəkmək niyyətindədir.

Hələlik onun namizədliyinin rəsmi təsdiq olunmadığı bildirilir.

Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.

İlhamə Rəsulova
www.ÇıxışYolu.Com