f0b44722-b90b-4e62-b890-4aa1fab926db..jpg

Binəli Yıldırım İrandakı səfirliyimizdə baş vermiş terror aktını qınadı – FOTO

Baxış sayı: 750 dəfə baxılıb.

Binəli Yıldırım İrandakı səfirliyimizdə baş vermiş terror aktını qınadı – FOTO

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım
şuranın üzvü Həsən Həsənova zəng edərək 27 yanvarda Azərbaycanın İrandakı
səfirliyində baş vermiş terror aktını qınayıb.

Binəli Yıldırım başsağlığı diləklərini çatdırıb, terror hadisəsini pisləyib və
Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

B.Yıldırım eyni zamanda, “Twitter” hesabında Azərbaycanın İrandakı səfirliyinə
silahlı hücumu pisləyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30
radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə
terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq,
mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə
əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı
aparılır.

#Azerbaycan
’ın Tahran
Büyükelçiliğine yapılan saldırıyı kınıyorum.

Saldırıda şehit olan kardeşimize Allah’tan rahmet, #CanAzerbaycan
’a
başsağlığı ve yaralılara acil şifalar diliyorum. 🇹🇷🇦🇿
— Binali Yıldırım (@BY) January 27, 2023

Source link