Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.
ÇıxışYolu.Com Sonhaberler-ə istinadla xəbər verir ki, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N.Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.
B.Yıldırım və N.Məmmədov Türkiyə və Azərbaycanın “İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.