Binəli Yıldırım Paşinyana cavab verdi

Binəli Yıldırım Paşinyana cavab verdi

Baxış sayı: 2. 248 dəfə baxılıb.

Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib ki, Ermənistan Türkiyəyə qarşı tutduğu mövqedən əl çəksə, ona qarşılıq verəcəklər.

ÇıxışYolu.Com xəbər verir ki, baş nazir namaz çıxışı jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

“Təbii ki, görək, Ermənistan öz tutumundan əl çəkəcəkmi?! Türkiyəyə qarşı ərazi iddialarından, yanlış mövqelərindən əl çəksələr, yeni bir səhifə açmaq istəsələr, buna qarşılıq verərik.

Biz heç kimlə, xüsusilə qonşularımızla düşmən olmaq istəmirik. Belə bir qənaət varsa, ölkəmizin mənafeyi çərçivəsində bunu dəyərləndirərik”, – Binəli Yıldırım bildirib.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Türkiyə ilə heç bir ön şərt olmadan danışıqlara hazırdır.

www.ÇıxışYolu.Com