f197c57b-1571-4be0-b175-469b55ded8c1..jpg

Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayıb – FOTO

Baxış sayı: 1. 031 dəfə baxılıb.

Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə
başlayıb – FOTO

Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi
çərçivəsində kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün
yarmarka fəaliyyətə başlayıb.

Cixisyolu.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

KOBİA-nın dəstəyi ilə yaradılmış yarmarka Binəqədi rayonu ərazisində (Əcəmi
Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində) yerləşir.

Yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının
satışının həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Yarmarka hər gün fəaliyyət göstərəcək.

Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar
yarmarkada iştirak edə bilərlər.

Source link