Binəqədi rayonunda 42 yaşlı kişi döyülüb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə 1-ci Mədən Yeni Massiv ərazisində baş verib. 1977-ci il təvəllüdlü Balakişiyev Nəriman Yediyar oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o alın nahiyəsindən xəsarət alıb.
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona sol alın nahiyəsinin əzilməsi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu