Binəqədidə dəhşətli yanğına görə həbs edilən vəzifəli şəxs azadlığa çıxdı

Binəqədidə dəhşətli yanğına görə həbs edilən vəzifəli şəxs azadlığa çıxdı

Baxış sayı: 2. 243 dəfə baxılıb.

Binəqədidə dəhşətli yanğına görə həbs edilən vəzifəli şəxs azadlığa çıxdı

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa çıxıb. 

ÇıxışYolu.Com xəbər verir ki, N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Onun həbs müddəti başa çatıb. 

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə iş üzrə digər təqsirləndirilənlər – Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4 il, Uğur Bəşirov 5 il, Qəzənfər Novruzov və Ədalət Rəcəbov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com