90d68f79-e598-474e-bf4d-4ea9a5d587ae..jpg

Binəqədidə iti döyən şəxs cərimələnib – VİDEO

Baxış sayı: 905 dəfə baxılıb.

Binəqədidə iti döyən şəxs cərimələnib – VİDEO

Binəqədi rayonunda hər gün iti vəhşicəsinə döyən qadın cərimə edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-a bildirilib ki, sosial
şəbəkələrdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində itin qeyri-insani rəftara
məruz qalaraq döyülmə videosu yayılıb:

“Həmin görüntülərdəki şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib və
Polis Bölməsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin
274-cü (heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsi üzrə protokol tərtib
edilib və həmin şəxs 500 manat məbləğində cərimələnib”.
İlhamə Əbülfət

Source link