Binəqədidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il
təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış
mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli
şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.