3c0f5f05-36fb-4844-be2d-1f9cdbf4a4a2..jpg

Binəqədidə qadın qətlə yetirildi: Əri şübhəli qismində saxlanıldı

Baxış sayı: 568 dəfə baxılıb.

Binəqədidə qadın qətlə yetirildi: Əri şübhəli qismində saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1992-ci
il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat
daxil olub.

Binəqədi Rayon Prokurorluğundan Cixisyolu.com-a verilən məlumata görə, araşdırmalarla
1979-cu il təvəllüdlü Rəşad Quliyevin Binəqədi rayonu, Cavadxan küçəsi
ərazisində yerləşən evlərdən birində şəxsi münasibətlər zəminində bıçaqla
xəsarət yetirərək arvadı Aygül Quliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Quliyev prokurorluğun qərarı ilə
iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Source link