2343350c-394c-4755-acd5-7b7d0bf93b65..jpg

Binəqədidə yanğın baş verib

Baxış sayı: 535 dəfə baxılıb.

Binəqədidə yanğın baş verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət
tullantıları 30 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan
yaxınlıqda ümumi sahəsi 100 kvadratmetr olan avtomobil təmiri sexinin lambirdən
ibarət tavanı 50 kvadratmetr sahədə əriyib və sahəsi 600 kvadratmetr olan
talvarın şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

Source link