7e95a05a-752d-498d-831c-d4277b04006b..jpg

Binəqədidə zibil poliqonunu xatırladan ərazi: Cavabdeh kimdir? – AÇIQLAMA + FOTO

Baxış sayı: 773 dəfə baxılıb.

Binəqədidə zibil poliqonunu xatırladan ərazi: Cavabdeh kimdir? – AÇIQLAMA +
FOTO

Sakinlərin antisanitar vəziyyətdən şikayət etdikləri Binəqədi rayonu, Binəqədi
qəsəbəsi, 1-ci mədən, 8-ci korpus deyilən ərazinin “sahibi” tapılıb. Sahibi
olan ərazinin bu dərəcədə çirklənib az qala zibil poliqonuna çevrilməsi isə
ayrı bir müzakirə mövzusudur. Məsələ ictimailəşməsə, əraziyə cavabdeh olan
qurumlar və ya şəxslər onunla maraqlanmayacaqdılar?

Cixisyolu.com-ın əməkdaşı vətəndaşların şikayətinin izi ilə sözügedən ərazinin
təmizlənməsinə cavabdeh qurumu tapmaq üçün Binəqədi Rayon İcra Hakimiyyətinə
sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, məsələyə nəzarəti
Binəqədi qəsəbə bələdiyyəsi həyata keçirir.

Binəqədi qəsəbə bələdiyyəsinin sədri vəzifələrini icra edən Rəşad İsayev Cixisyolu.com
-a açıqlamasında deyib ki, sözügedən ərazi onların sayılmasa da, hazırda
bələdiyyənin canlı qüvvəsi orada çalışır:

“Sözügedən 22 hektarlıq ərazi 4 saylı Evtikmə Kombinatının nəzdində olub. Daha
sonra Müdafiə Sənayesi Nazirliyinə verilmişdi, hazırda isə bildiyimiz qədər,
xüsusi mülkiyyətə verilib. Biz hüquqi şəxslərlə işləyə bilmirik, bizə məlumat
vermirlər. Biz bələdiyyə olaraq fiziki şəxslərlə işləyirik. Hətta sizə deyim
ki, bələdiyyə olaraq biz hasardan içəri keçə bilmirdik. Amma yenə də inzibati
ərazi bizim olduğuna görə və sözügedən ərazidə bizim sakinlərimiz yaşayırlarsa,
səlahiyyətlərimiz çərçivəsində vətəndaşlarımıza əlimizdən gələn xidməti
göstərməyə çalışırıq.

Ərazinin məişət tullantılarından təmizlənməsi hansı qurum tərəfindən həyata
keçiriləcəksə, Binəqədi bələdiyyəsi öz canlı qüvvəsini bu işə cəlb edəcək.
Hazırda orada, bildiyim qədər, Əmlak Məsələləri Dövlət Xidmətinin texnikası
işləyir. Bizim də canlı qüvvəmiz ərazidə görülən təmizlik işlərinə yardım edir”.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Source link