b545ed57-1570-4ce2-8ea5-888329e87f8d.jpg

Binəqədidəki çoxmərtəbəli binada baş vermiş partlayışda təqsirkar kimdir?

Baxış sayı: 157 dəfə baxılıb.

Ötən ilin iki yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən
çoxmərtəbəli binada baş vermiş partlayışla bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “Şərur” MTK-ya məxsus binanın 18-ci mərtəbəsində
yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını
pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı polis əməkdaşı Məhəmməd
Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə
yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından
güclü partlayış baş verib. Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki
mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və
qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb. Yol
kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir
neçə sakin də xəsarət alıb.

Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın,
müvafiq qurumların cavabdeh olduğunu bildirib.

O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə
günahının olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə
cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan
tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd
edilib.

Source link