Bakının Yasamal rayonunda binalardan birindən iri şüşə parçası iki nəfərin üzərinə düşüb.
ÇıxışYolu.Com xəbər veiri ki, hadisə Cəfər Cabbarlı küçəsində yerləşən “Globus Plaza”da qeydə alınıb.
Binanın pəncərəsindəki iri şüşə parçası qırılaraq səkiyə düşüb. Bu zaman yoldan keçən 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu və 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu xəsarət alıb.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Kamil Əmirli, Elşad Mətləboğlu