2f99f035-0ec9-4562-8a4d-9f58bdced5de..jpg

Binalara verilən isti suyun qiyməti artıb? – AÇIQLAMA + VİDEO

Baxış sayı: 851 dəfə baxılıb.

Binalara verilən isti suyun qiyməti artıb? – AÇIQLAMA + VİDEO

Xətai rayonu, Ayaz İsmayılov küçəsinin sakinlərinə isti suyun bahalaşması ilə
bağlı bildiriş göndərilib.

“Xəzər Xəbər”ə müraciət edən sakinlər iddia edirlər ki, “Azəristiliktəchizat”
ASC tərəfindən göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən
dəyişiklik edildiyi qeyd edilib.

Binanın komendantı Məhəmməd Məmmədov deyib ki, 303 mənzildən ibarət olan bina
“Neftçilər” üçün tikilib.

Onun sözlərinə görə, ötən gün “Azəristiliktəchizat” ASC əməkdaşları ona
yaxınlaşıb və yeni tariflərlə bağlı elanın binanın giriş bloklarındakı lövhəyə
vurulmasını istəyiblər.

Bina sakinləri “Azəristiliktəchizat” ASC-yə müraciət ediblər. Amma ötən gündən
bu yana onları maraqlandıran suala cavab verən tapılmayıb.

“Azəristiliktəchizat” istisu tariflərində dəyişiklik edildiyini təsdiq edib.

Qurumdan bildirilib ki, bu addım iqtisadi səmərəliliyi artırmaq məqsədi ilə
atılıb.

Daha ətraflı süjetdə:


Source link