Binanın blokunda iki qadını bıçaqlayana hökm oxunub

Binanın blokunda iki qadını bıçaqlayana hökm oxunub

Baxış sayı: 3. 320 dəfə baxılıb.

Binanın blokunda iki qadını bıçaqlayana hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini Şəhriyar Əlizadənin CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumata görə, ötən il avqustun 30-da Qara Qarayev prospektindəki yaşayış evlərindən birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovanı bıçaqlayıblar. 

Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Həmin gün Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isti izlərlə şübhəli şəxs qismində Şəhriyar Əlizadəni saxlayıblar.  

Araşdırma zamanı qeyd edilən cinayətlərin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərşəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb. Lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb və sərbəst buraxılıb. Məlum olub ki, qadınlar eyni barda işləyirlər. 

Şəhriyar Əlizadə barəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, lakin sonra onun əməli CM-nin 181.3.3-cü maddəsinə tövsif olunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.ÇıxışYolu.Com