Bir ailənin məhv olduğu qəzanı törədən sürücü məhkəmə qarşısında – VİDEO
Bakı şəhər Xəzər rayonunda ölümlə nəticələnən ağır yol qəzası törətməkdə
təqsirləndirilən Ayaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il mayın 28-də saat 21 radələrində 1980-ci ildə Naxçıvan
MR-də anadan olmuş Ayaz Vəli oğlu Əliyev idarə etdiyi “Nissan Tiida” markalı
avtomobillə Hövsan qəsəbəsi Zığ yolunda “Zığ bağları” adlanan ərazidə üzü Zığ
qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan
yerüstü keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il
təvəllüdlü Səkinə Baloğlan qızı Rəsulova, onun 1984-cü il təvəllüdlü gəlini
Samirə Xudayar qızı Cavadova və sonuncunun 2020-ci il təvəllüdlü qızı Məryəm
Nadir qızı Hüseynova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Suraxanı RPİ-nin İŞ-də CM-in 263.3-cü maddəsi ilə cinayət işi
başlanıb.