574dd9b6-03ba-491d-af72-579b98860c2c.jpg

Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli – Bərdə sakinindən ürəkdağlayan sözlər

Baxış sayı: 144 dəfə baxılıb.

44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən bir sıra
şəhər və rayonlarımız raket və artilleriya atəşinə məruz qalıb. Dinc əhali
həlak olub, evlər və təsərrüfatlara ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktlarından biri oktyabrın
27-də Bərdənin Qarayusifli kəndində baş verib. Qarayusifli kəndinə atılan raket
zamanı 5 kənd sakini həlak olub. Onlardan biri də 7 yaşlı Aysu İsgəndərova olub.

Azyaşlının atası Rövşən İsgəndərov hadisə anını belə xatırlayır:

“Hadisənin üzərindən dörd il keçsə də, bir mən bilirəm ki, o illəri necə yola
verdik. Bir qızım şəhid oldu, bir qızım da yaralandı. Təqribən saat 4-5
radələri olardı. Mən traktor işlədirdim. Partlayış səsi gəldi. Evə gəldim ki,
uşaqlar yoxdur. Dəli kimi olmuşdum. Yola qaçdım. Mənə dedilər ki, uşaqların
Məhəmməd dayıgildədir. Yoldaşım, iki uşağım ayaq üstə idi. Aysunu isə döşəməyə
uzandırmışdılar. Xəstəxanaya apardım, orada da dünyasını dəyişdi”.

Qeyd edək ki, İsgəndərovlar ailəsində indi 2 yaşlı Aysu böyüyür. Terror
qurbanı olan Aysunun ölümündən iki il sonra ailədə yeni doğulan qız, şəhid
bacısının adını daşıyır.

Daha ətraflı Baku TV-nin materialında:

Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli –
Bərdə sakinindən ürəkdağlayan sözlər
Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli – Bərdə sakinindən
ürəkdağlayan sözlər

Source link