Bir aya ölkə ərazisində mindən çox partlamamış hərbi sursat aşkarlanıb

Bir aya ölkə ərazisində mindən çox partlamamış hərbi sursat aşkarlanıb

Baxış sayı: 2. 485 dəfə baxılıb.

2018-ci ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4,410,908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1,541 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə ÇıxışYolu.Com-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənmiş və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Bildirilib ki, mart ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 12 (on iki) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 13 (on üç) müraciət daxil olub. Müraciətlər əsasında 8,050 m2 ərazi yoxlanılıb, 1,329 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 1,330 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

www.ÇıxışYolu.Com