Bir aylıq fasilədən sonra Kiyevdə yenidən həyəcan siqnalı verildi – VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları
çatdırıb.
O bildirib ki, son günlər Kiyevdə hava siqnalları yenə ardıcıl verilməyə
başlayıb:
“Sentyabrın 30-u və oktyabrın 1-i Ukrayna ərazisi Rusiya tərəfindən ən
genişmiqyaslı hava və quru hücumlarına məruz qalıb. Ukrayna Müdafiə
Nazirliyindən verilən məlumata görə, 150 yaşayış məntəqəsinə Rusiya tərəfindən
hücum olub”.
Həmçinin bildirilib ki, sentyabr ayında Ukraynaya rekord sayda dron hücumu
olub:
“Rusiya Ordusu tərəfindən Ukrayna ərazisinə 550-dən çox dron buraxılıb. Bu isə
müharibə müddətində qeydə alınmış ən rekord saydır. Dronların 80%-dən çoxu isə
İran istehsalıdır”.
Ətraflı süjetdə: