Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycan ikinci medalını qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, sərbəst güləşdə Murad Haqverdiyev (-45 kq) bürünc medal uğrunda görüşdə qırğızıstanlı Vladislav Nikandrovu 10:8 hesabı ilə məğlub edib.
Digər güləşçimiz Fərhad Kərimli (-60 kq) yaponiyalı Yoshinosuke Aoyaqi ilə bürünc medal görüşünə zədələndiyi üçün çıxa bilməyib.
Qeyd edək ki, dünən Cəbrayıl Hacıyev dünya çempionu olaraq Azərbaycana ilk medalı qazandırıb.
Səbuhi Musayev