597dff56-95a6-42f8-b1f5-c664755bb7e9..jpg

Bir gündə 13, son üç ayda isə 493 nəfər yoluxub: Cəlilabadda qızılca tüğyan edir

Baxış sayı: 692 dəfə baxılıb.

Bir gündə 13, son üç ayda isə 493 nəfər yoluxub: Cəlilabadda qızılca tüğyan
edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə
alınır.

“Report”un məlumatına görə, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493
nəfər qızılcaya yoluxub.

Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər
təşkil edir.

Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə
müalicə olunur.

Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332
nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub.

Source link