Sabirabad və Saatlı rayonlarında iki nəfərin qətlə yetirilməsinin səbəbi açıqlanıb.
ÇıxışYolu.Com-nun “Report”a istinadən xəbər verir ki, qətlə səbəb Teymur Sadıqov və Kamran Yaqubovun Firqət Əliyevi söyməsi olub.
12:25
Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.
ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.
Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.
Hər iki qətli Əliyev Dilqəm Əliabbas oğlunun törətdiyi bildirilir.
Fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.