76e8c4ee-38d1-4efc-8c48-a15b9c7a8613..jpg

Bir il ərzində “Yevlax KOB evi”ndə sahibkarlara 35 minə yaxın xidmət göstərilib – FOTO

Baxış sayı: 1. 409 dəfə baxılıb.

Bir il ərzində “Yevlax KOB evi”ndə sahibkarlara 35 minə yaxın xidmət
göstərilib – FOTO

Aprelin 8-də “Yevlax KOB evi”nin fəaliyyətə başlamasından bir il ötür. Ötən
bir ildə “Yevlax KOB evi” tərəfindən sahibkarlara 34996 xidmət göstərilib.
Bunlardan 32905-i “G2B”, 2901-i isə “B2B” xidmətlərdir. Göstərilən xidmətlərdən
sahibkarların məmnunluq səviyyəsi 99 %-dir.

Hazırda “Yevlax KOB evi”ndə sahibkarlara doqquz dövlət qurumu tərəfindən
150-dək “G2B”, 5 özəl şirkət tərəfindən 70-dək zəruri “B2B” xidmətlər
göstərilir. Sahibkarlar ötən bir ildə daha çox vergi və kommunal xidmətlərlə
bağlı “Yevlax KOB evi”nə müraciət ediblər.

“Yevlax KOB evi”ndə sahibkarlara vergi və kommunal xidmətlərlə yanaşı, biznes
fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, sahibkarlıq fəaliyyəti
üçün lisenziyalar və mənşə sertifikatı, əmlakın dövlət reyestrindən çıxarışı,
aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə,
qida təhlükəsizliyi sertifikatı, bank və s. xidmətlər göstərilir.

“Yevlax KOB evi”nin xidmətlərindən daha çox Yevlax, Bərdə, Mingəçevir və
Ağdaşdan olan sahibkarlar istifadə ediblər.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
struktur bölməsidir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi
fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes
xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə
qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən
olmasıdır.

Source link