d753af55-cd34-40d9-a29d-8e80906d49d5..jpg

Bir mənzili müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib

Baxış sayı: 648 dəfə baxılıb.

Bir mənzili müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində
cinayət işi məhkəməyə göndərilib

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri
barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq
Nəsirovun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış ibtidai istintaq zamanı Rafiq Nəsirovun vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək rəhbərlik etdiyi kooperativ tərəfindən Abşeron rayonunun
Xırdalan şəhəri ərazisində inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən
mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla külli
miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Source link