d8255352-c292-41c0-8f31-403a9d8e033f..jpg

Bir neçə şəhər və rayonda yollardakı nöqsan və çatışmazlıqlar aradan qaldırılır – FOTO

Baxış sayı: 755 dəfə baxılıb.

Bir neçə şəhər və rayonda yollardakı nöqsan və çatışmazlıqlar aradan
qaldırılır – FOTO

Yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə
saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması
istiqamətində işlər davam etdirilir.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən
məlumat verilib.

Qeyd olunub ki, BDYPİ-yə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış
Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra
hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya
verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə aparır.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra
regionlarında, o cümlədən Gəncə şəhərində, Xaçmaz, Ağdam, Cəlilabad, Tovuz,
Qəbələ və Lənkəran rayonlarında istismar müddəti keçmiş yol nişanlarının
işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlama
xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə
texniki qulluq həyata keçirilir.

Source link