Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəməkdə təqsirləndirilən
Naxçıvan sakini saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir
neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini
Murad Quliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə
etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət
ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.
Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng
Mərkəzi”nə və ya Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin
(+036) 545-08-03, (+036) 545-28-96 əlaqə nömrələrinə zəng edərək məlumat
vermələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin
müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.